• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama

XİN-dən Suriyadakı azərbaycanlı mücahidlərlə bağlı açıqlama
09.01.2014 12:22
 Xarici İşlər Nazirliyi son günlər Suriyada Azərbaycan vətəndaşlarının öldürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, nazirlik Suriyada baş verənləri yaxından izləyir: “Suriyada vəziyyət hazırda gərgin olaraq qalır. Biz əvvəllər də qeyd etmişik ki, bununla əlaqədar Azərbaycanın Suriyadakı səfirliyi də fəaliyyətini dayandırıb. Səfirlik isə Livanın paytaxtı Beyruta köçürülüb və orada fəaliyyət göstərir. Buna baxmayaraq, biz Suriyada baş verənləri yaxından izləyirik və ilk növbədə çalışırıq ki, orada öldürüldüyü bildirilən şəxslərin Azərbaycan vətəndaşı, yaxud azərbaycanlı olub-olmadığını müəyyənləşdirək. Həmin şəxslərin Azərbaycan vətəndaşı və yaxud azərbaycanlı olması müəyyənləşərsə, bundan sonra araşdırılmalıdır ki, onlar Suriyaya hansı yollarla və hansı vasitələrlə gedib çıxıblar. Nəzərə alsaq ki, Suriyada hazırda vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik fəaliyyət göstərmir, bunun bizim araşdırmalarımıza necə böyük əngəl törətdiyini müəyyən etmək çətin deyil. Lakin bu çətinliklərə və əngəllərə baxmayaraq, bizim bu istiqamətdə araşdırmalarımız davam etdirilir”. E. Abdullayev həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin 2011-ci ildə elan etdiyi Azərbaycan vətəndaşlarının Suriyaya səfər etmələrinin məqsədə uyğun hesab edilməməsi ilə bağlı xəbərdarlığının qüvvədə qaldığını da xatırladıb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif radikal qruplaşmaların tərkibində hökumət qüvvələrinə qarşı vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb. Təkcə son bir həftədə Suriyada dörd azərbaycanlı mücahidin öldürüldüyü bildirilir. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Siyasət 16:56
Sahibə Qafarova Asiya Boao Forumuna qatılmaq üçün Çindədir
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib
Siyasət 22:29
Ceyhun Bayramov iranlı həmkarı ilə Xəzər dənizi bölgəsində təhlükəsizliyi müzakirə edib

Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Siyasət 16:26
Azərbaycan XİN: Mariya Zaxarovanın açıqlaması ilə bağlı izahat gözləyirik
Azərbaycan XİN Pakistan xalqını təbrik edib
Siyasət 15:06
Azərbaycan XİN Pakistan xalqını təbrik edib

Çin lideri Prezident İlham Əliyevi təbrik edib
Siyasət 14:22
Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Siyasət 12:33
Prezident İlham Əliyev Şahbaz Şərifi təbrik edib
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Siyasət 16:59
Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Siyasət 12:41
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə gedib
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
Siyasət 20:30
Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı sammitini elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol