• $
  • £

ABŞ “Amerikanın Səsi”ni bağlayır – bütün heyət işdən çıxarılır

ABŞ “Amerikanın Səsi”ni bağlayır – bütün heyət işdən çıxarılır
29.05.2025 08:50

ABŞ Prezidenti Donald Trampın administrasiyası bu həftə “Amerikanın Səsi”nin (VOA) qalan bütün əməkdaşlarını işdən azad etməyə hazırlaşır. Bu barədə Politico dörd mənbəyə istinadla məlumat yayıb.

Mayın əvvəlində artıq 600 nəfər ixtisar edilmişdi. Yeni mərhələdə isə təxminən 800 nəfərin işdən çıxarılması planlaşdırılır ki, bu da agentliyin fəaliyyətinin tam dayandırılması deməkdir.

Mənbələrdən biri bildirib ki, bu ixtisarlar “Amerikanın Səsi”nin tam bağlanacağına işarədir.

ABŞ Qlobal Media Agentliyi (USAGM) və Ağ Ev bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Martda Trampın imzaladığı sərəncamla yeddi federal agentliyin, o cümlədən USAGM-in maliyyələşdirilməsi dayandırılıb.

Ağ Ev “Amerikanın Səsi”ni “radikal təbliğat yaymaqda” günahlandırıb.

Təşkilat bu qərara qarşı məhkəməyə müraciət etsə də, iddia rədd edilib.

Bloomberg yazır ki, Tramp administrasiyası həmçinin VOA-nın Vaşinqtondakı qərargah binasını satışa çıxarmağı planlaşdırır.

N.Təbrizli

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Xameneinin oğlu Ali Lider seçildi - Yenilənib
Dünya 22:34
Xameneinin oğlu Ali Lider seçildi - Yenilənib
Makron Kiprə səfər edəcək
Dünya 17:39
Makron Kiprə səfər edəcək
İsrail uçuşları qismən bərpa edib
Dünya 14:19
İsrail uçuşları qismən bərpa edib
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Dünya 11:20
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Tehranda neft anbarları vuruldu - Video
Dünya 09:39
Tehranda neft anbarları vuruldu - Video
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Dünya 09:30
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Dünya 09:19
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
Dünya 09:00
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Dünya 23:11
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol