• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Ölkə ərazisində 33 dərəcə isti qeydə alınıb

Ölkə ərazisində 33 dərəcə isti qeydə alınıb
29.05.2025 10:33

Azərbaycanın Aran rayonlarında 33, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Milli Hidrometeorologiya Xidmətinin mayın 29-u saat 10:00-a olan məlumatına görə hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Beylaqanda 5, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 mm-dir.

Bir sıra ərazilərdə şərq küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 28, Culfada 26, Sabirabadda 20, Goranboyda 19, Naftalan və Şahbuzda 18, Şəki və Kürdəmirdə 15 m/s-dək güclənib.

Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 mm olan dolu düşüb.

Bakıda və Abşeron yarımadasında isə havanın maksimal temperaturu 30 dərəcə olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Cəmiyyət 22:36
Qaradağda zəncirvari qəza tıxaca səbəb olub
Binə TM-də elektrik dirəyi aşıb
Cəmiyyət 21:37
Binə TM-də elektrik dirəyi aşıb
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Cəmiyyət 20:04
Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Cəmiyyət 19:11
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Pənah Hüseyn istefa verib
Cəmiyyət 18:10
Pənah Hüseyn istefa verib
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
Cəmiyyət 17:50
Qusarda avtomobil dərəyə aşıb, ölən və yaralananlar var
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Cəmiyyət 17:30
DYP qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Cəmiyyət 17:15
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 13:36
Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol