• $
  • £

Ermənistan Gömrük İttifaqına qəbul olunacaq? – AÇIQLAMA

Ermənistan Gömrük İttifaqına qəbul olunacaq? – AÇIQLAMA
09.01.2014 11:33
Ermənistanın Gömrük İttifaqına qoşulması ilə bağlı Azərbaycanın ittifaqa rəsmi etiraz göndərməsindən sonra Qazaxıstan və Qırğızıstan da prezident səviyyəsində öz etirazını bəyan etdi. Qırğızıstan prezidenti daha radikal münasibət sərgiləyərək “Bunun hesabını qırğız xalqına və türk elinə verə bilmərik” - dedi. Hələ Qazaxıstanın Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanın sərhəd məsələsini gündəmə gətirməsi erməni rəhbərliyinin təşvişi açıq şəkildə özünü biruzə vermişdi. Azərbaycanın etirazı və Qırğızıstanın konkret mövqeyi gedişatla bağlı nəyi dəyişə bilər?ANN.Az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Gömrük İttifaqına alınmasını və Rusiyanın bu istiqamətdə siyasi maraqlarının necə olacağını şərh edib.Q.Hüseynli bildirib ki,  Rusiya heç bir dövlətin iradəsi ilə hesablaşmır: “Rusiya bəyanat verib ki, Ermənistanın Gömrük İttifaqına qəbul olunması, Dağlıq Qarabağ probleminin həllinə təsir etməyəcək. Təbii ki, bu, boş ritorikadan başqa bir şey deyil. Rusiya öz dediklərinə əməl etməyən və ya hər dediklərində ancaq öz mənfəətlərini düşünən ölkə kimi yenə də obyektivlik nümayiş etdirmədi. İndi ermənilər bir az da qabağa gedib qondarma "Dağlıq Qarabağ Respublikası"nın da Gömrük İttifaqına daxil olması ilə bağlı təklif irəli sürürlər. Daşnaksütyun Partiyası belə bir bəyanatla çıxış edib. Bu, onu göstərir ki, Rusiya nə Qazaxıstanın, nə də Qırğızıstanın iradəsi ilə hesablaşmır. Hətta Belarus prezidenti Lukaşenko da MDB dövlətlərinin zirvə toplantısında fikir bildirdi. Amma Rusiya post-sovet məkanında öz amirlik maraqlarından istifadə edərək, heç kimi nəzərə almadan sırf öz maraqlarına uyğun siyasəti həyata keçirmək istəyir. Etiraz edənləri də qeyri-real cavabları ilə susdurmağa çalışır.”

Politoloq təklif edir ki, Azərbaycan bu məsələni beynəlxalq təşkilatların gündəminə daşımalıdır: “Azərbaycan bu məsələdə təkidli olmalıdır. Bu məsələ tez-tez beynəlxalq təşkilatların gündəminə gətirilməlidir. Həmişə təkidli siyasət və cəsarət diplomatiyada çox mühüm rol oynayır. Həm də qərb ölkələri Rusiyanın post-sovet məkanında yeni qurum yaratmasının əleyhinədirlər. Hər hansı bir etiraz qərb dövlətlərinin Moskvaya qarşı səfərbər olmasına kömək ola bilər. Ermənistanın Gömrük İttifaqına qəbul olunması, beynəlxalq motivli məsələ kimi beynəlxalq təşkilatların gündəminə salınması Azərbaycan diplomatiyasının fəaliyyət istiqamətlərindən olmalıdır. Yalnız Rusiyaya etiraz etməklə məsələni həll etmək mümkün deyil. Konseptual proqram hazırlanıb ona müvafiq olaraq diplomatiya hərəkətə keçməlidir”.

SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Siyasət 13:38
Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatdı
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Siyasət 12:36
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:33
Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Siyasət 22:43
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Siyasət 20:06
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığı aparıb
Əli Əsədov Murat Kurumla görüşüb
Siyasət 18:30
Əli Əsədov Murat Kurumla görüşüb
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Siyasət 16:08
Baş nazir deputatların qaldırdığı problemlərlə bağlı cavab verib
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Siyasət 13:01
Ceyhun Bayramov Tatyana Valova ilə görüşüb
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Siyasət 11:29
Bu il Qarabağın bərpasına 3,5 milyard manat vəsait xərclənəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol