• $
  • £

Gürcüstanda müxalifət lideri saxlanılıb

Gürcüstanda müxalifət lideri saxlanılıb
29.05.2025 23:31

Gürcüstanın müxalif “Dəyişiklik üçün” koalisiyasının lideri Nika Melia saxlanılıb.

APA xəbər verir ki,bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, müxalifət lideri Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin polis əməkdaşını təhqir etməni nəzərdə tutan maddəsi əsasında inzibati qaydada həbs edilib.

Müvafiq qərarın qəbul edilməsi üçün Nika Melia məhkəməyə çıxarılacaq.

Melianın mətbuat xidməti onun Lisi gölünün yaxınlığında televiziya proqramlarında birində iştirak üçün yol gedərkən çox sayda polis tərəfindən saxlanıldığı barədə məlumat yayıb.

Melia parlamentin Müvəqqəti İstintaq Komissiyasının sessiyasına sorğulanma üçün çağırılsa da iştirakdan imtina edib və bundan sonra ona Cinayət Məcəlləsinin 349-cu - "Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının müraciətindən yayınma” maddəsi ilə ittiham irəli sürülüb.

İttihamda cərimələnmə, bir ilə qədər həbs cəsası və ya üç ilə qədər islah işləri nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol