• $
  • £

Çin biotexnologiyada ABŞ-ı qabaqlayır

Çin biotexnologiyada ABŞ-ı qabaqlayır
30.05.2025 09:06

Çin biotexnologiya və biofarmasevtika sahəsində ABŞ-ı geridə qoyur. Bu barədə ABŞ Konqresi tərəfindən yaradılan Müstəqil Biotexnologiyanın İnkişafı Komissiyasının keçən ay açıqladığı hesabatda bildirilib.

Qanunvericilər, alimlər və milli təhlükəsizlik üzrə ekspertlərdən ibarət komissiya ABŞ-ın strateji geriləmə riski ilə üzləşdiyini bildirir və biotexnologiyaya təcili investisiyaların artırılmasının vacibliyini vurğulayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2024-cü ildə Çində 7,100-dən çox, ABŞ-da isə təxminən 6,000 klinik sınaq qeydə alınıb.

Pekin və Şanxay laboratoriya və tədqiqat mərkəzlərinin sayına görə dünya liderləridir, üçüncü yerdə isə Boston qərarlaşıb.

Çində patentlərin sayı son on ildə 3,8 dəfə artıb.

Stifel investisiya bankının proqnozuna görə, bu il böyük əczaçılıq şirkətlərinin əldə edəcəyi molekulların 37%-i Çindən gələcək.

Ekspertlər bildirirlər ki, Donald Tramp administrasiyasının universitet tədqiqatlarına maliyyə ixtisarları və beynəlxalq tələbələrə, tədqiqatçılara vizalarla bağlı məhdudiyyətlər ABŞ-ın rəqabət qabiliyyətinə ciddi təsir edib.

Analitiklər xəbərdarlıq edirlər ki, istedad axınının məhdudlaşdırılması və tədqiqatlara investisiyaların azaldılması ABŞ biotexnologiya sənayesinə uzunmüddətli zərbə vura bilər. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol