• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu

Tecnosun İnkişaf Mərkəzinin ilk məzunları diplomlarla təltif olundu
30.05.2025 15:53

 

“Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərən Tecnosun İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim proqramının məzuniyyət mərasimi keçirilib. 

Tecnosun İnkişaf Mərkəzi, əməkdaşların bilik və bacarıqlarını artırmaq, onları müasir istehsalat tələblərinə uyğun şəkildə hazırlamaq məqsədilə yaradılıb. 

Çıxışçılar bu təşəbbüsün yalnız bir təlim proqramı olmadığını, davamlı inkişaf və ömürboyu öyrənmə mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd ediblər. 

Həmçinin,  “Azərsun Akademiya”nın peşə təhsil mərkəzləri ilə əməkdaşlığı ölkədə peşə təhsilinin inkişafına verdiyi dəyərin göstəricisi olduğu vurğulanıb.

Qeyd edək ki, 3 Oktyabr 2024-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Tədris Mərkəzi (İZİA PTM) və Bakı Sənaye və İnnovasiya Liseyi (BSİL) ilə Azərsun Holdinq arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Bu əməkdaşlıq çərçivəsində şirkətin 33 operator əməkdaşı, qeyd olunan peşə liseylərinin texniki təlim kurslarında iştirak ediblər. 

Tədbirin sonunda təlimləri uğurla başa vuran əməkdaşlara diplomlar təqdim olunub, birgə xatirə şəkilləri çəkilib və məzunlar öz təəssüratlarını bölüşüblər.

Tecnosun İnkişaf Mərkəzi gələcəkdə də texniki kadrların inkişafı istiqamətində fəaliyyətini genişləndirməyi və bu sahədə qabaqcıl təşəbbüslərlə çıxış etməyi planlaşdırır.

 

 

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
Cəmiyyət 20:35
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
DYP sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 18:11
DYP sürücülərə xəbərdarlıq edib
"Azərsun Holdinq" ən yaxşı idarə olunan şirkətlərdən olub
Cəmiyyət 17:27
"Azərsun Holdinq" ən yaxşı idarə olunan şirkətlərdən olub
Şəkidə 31 yaşlı kişini ilan sancıb
Cəmiyyət 16:51
Şəkidə 31 yaşlı kişini ilan sancıb
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb – Yenilənib
Cəmiyyət 15:15
Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər ölüb – Yenilənib
İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
Cəmiyyət 15:00
İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı olub
AQTİ-nin yeni saytı istifadəyə verilib
Cəmiyyət 14:43
AQTİ-nin yeni saytı istifadəyə verilib
Bayram günlərində Bakıdan daşınan sərnişinlərin sayı açıqlanıb
Cəmiyyət 14:30
Bayram günlərində Bakıdan daşınan sərnişinlərin sayı açıqlanıb
Qazaxda külək binanın dam örtüyünü uçurub - Video
Cəmiyyət 13:30
Qazaxda külək binanın dam örtüyünü uçurub - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol