• $ 1.7
  • € 1.9969
  • ₽ 0.021375
  • ₺ 0.0419
  • £ 2.2839

Azərbaycanda "ailə kanalı" təklifi mübahisə doğurub

Azərbaycanda "ailə kanalı" təklifi mübahisə doğurub
02.06.2025 13:39

Azərbaycanda ailə mövzusuna həsr olunan xüsusi televiziya kanalının yaradılması təklif olunub. Bu təklifi Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin 2024-cü ilə dair yekun müzakirəsi zamanı səsləndirib.

Onun sözlərinə görə,  “Mədəniyyət” kanalı kimi ailəyə həsr olunan ayrıca bir televiziya kanalının olması da vacibdir.

“Audiovizual Şuranın tövsiyəsi ilə televiziyalarda gender bərabərliyi və mədəniyyətin təbliği istiqamətində proqramlar yayımlanıb. Amma bu kifayət deyil. Azərbaycanın gözəl ailə dəyərləri televiziyalarda niyə təbliğ olunmasın? Niyə ayrıca bir ailə kanalı olmasın?”, - Hüseynova deyib.

Media eksperti Qulu Məhərrəmli isə bu təşəbbüsə ehtiyatla yanaşır və qeyd edir ki, ayrıca ailə kanalının yaradılmasını real və effektiv hesab etmir.

“Milli dəyərlərin və ailə dəyərlərinin qorunması bu gün aktualdır. Amma düşünmürəm ki, ayrıca ailə kanalına geniş auditoriya toplanacaq. Bunun əvəzinə komitənin öz YouTube platformasını yaratması daha məqsədəuyğun ola bilər. Hazırda mövcud kanallarda ailəyə yönəlik debatlar, şoular və maarifləndirici proqramlar hazırlansa, daha çox diqqət çəkər”, - ekspert bildirib.

Sosioloq Elçin Bayramlı da ailə kanalının yaradılmasına qarşı çıxır və ideyanı gecikən, hətta gülünc adlandırır.

“Belə bir kanal 30-35 il əvvəl lazım idi. Amma o zaman əvəzinə efirlər şou proqramlarla dolduruldu. İndi isə insanların əksəriyyəti televiziyaya baxmır, xüsusilə də gənclər. Televizor evlərdə yalnız cizgi film göstəricisinə çevrilib. Bu kanalın yaradılmasına 0,1 faiz belə ehtiyac yoxdur. Üstəlik, ölkədə elm, təhsil və texnologiyaya həsr olunan kanallar yoxdur. Komitə isə ailə dəyərlərinin efirdə açıq şəkildə təhqir olunmasına susur”, - Bayramlı deyib.

Bayramlı Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin fəaliyyətini də sərt tənqid edib.

“Bu komitəyə ayrılan vəsaitlər sanki zibilliyə atılıb. Bir dəfə də olsun onların efirdə ailə dəyərlərinin təhqirinə etiraz etdiyini görməmişik”, - o vurğulayıb.

Psixoloq Elnur Rüstəmov, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri olaraq, bu ideyanın əhəmiyyətini vurğulayıb və müsbət qiymətləndirib.

“Ailə institutunun qorunması və inkişafı üçün ayrıca televiziya platforması vacib və sosial cəhətdən zəruri addımdır. Hal-hazırda ailə psixologiyası, valideyn-övlad münasibətləri, ailədaxili konfliktlər kimi mühüm mövzular ya səthi, ya da reytinq naminə sensasiya formatında təqdim olunur. Bizə bu sahədə ixtisaslaşmış, maarifləndirici və təsirli verilişlər lazımdır”, - Rüstəmov deyib.

Onun fikrincə, “Ailə kanalı”nda bir neçə istiqamətdə proqramlar yayımlana bilər.

Qlobal təcrübə göstərir ki, bir çox ölkədə bu cür “ailə kanalları” əsasən YouTube və digər sosial platformalar üzərindən fəaliyyət göstərir.

Belə kanallar əsasən ailə həyatı, uşaqlarla gündəlik münasibətlər, ailəvi səyahətlər və valideyn təcrübələrinin paylaşılması üzərində qurulur.

İstiqamət: 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bir direktorun səs yazısı yayıldı- Video
Cəmiyyət 23:10
Daha bir direktorun səs yazısı yayıldı- Video
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Cəmiyyət 23:00
Azərbaycanda dövlətə məxsus PHŞ-lərə büdcə hesabına məqsədli vəsaitlərin ödənilməsi qaydası dəyişib
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Cəmiyyət 22:59
Buzovnada qanunsuz saxlanılan heyvanlar zooparka təhvil verilib
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
Cəmiyyət 22:00
Gəncədə yeniyetmə qız 4-cü mərtəbədən düşüb
В Узбекистане в канал попала нефть из-за аварии
Cəmiyyət 20:54
В Узбекистане в канал попала нефть из-за аварии
Qovların Baş planı təsdiq edildi
Cəmiyyət 20:43
Qovların Baş planı təsdiq edildi
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Cəmiyyət 20:17
Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Cəmiyyət 19:10
Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Cəmiyyət 17:42
Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol