• $
  • £

Ukrayna dronları hücuma keçib

Ukrayna dronları hücuma keçib
03.06.2025 06:47

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya tərəfindən işğal olunan Xerson vilayətinə qanadlı pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib. Bu barədə bölgənin Rusiya tərəfindən təyin edilən “qubernatoru” Vladimir Saldo məlumat verib.

“Hazırda Xerson vilayətinə qanadlı döyüş PUA-ları ilə kütləvi hücum davam edir. Artıq bir neçə dron vurulub,” — o, Telegram kanalında yazıb.

Saldo əlavə edib ki, Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.

Eyni zamanda, Zaporojye vilayətinin Melitopol şəhərində partlayış səslərinin eşidildiyi bildirilir.

İlkin məlumatlara görə, burada da hava hücumundan müdafiə sistemləri işləyir.

“Melitopolda partlayış səsləri eşidilir. Təfərrüatlar dəqiqləşdirilir. İlkin məlumata görə, hava hücumundan müdafiə sistemləri işləyir. Şəhərin bəzi rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb,” — şəhərin təyin olunan administrasiyasının məlumatında deyilir.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin zərbələri nəticəsində Zaporojye vilayətində yüksək gərginlikli avadanlıqların zədələndiyi və bölgənin tamamilə işıqsız qaldığı bildirilir.

“USQ-nin atəşi nəticəsində Zaporojyenin şimal-qərb hissəsində yüksək gərginlikli avadanlıqlar zədələnib. Bölgənin bütün ərazisində elektrik enerjisi yoxdur,” — bölgənin Rusiya tərəfindən təyin edilən “qubernatoru” Yevgeni Balitski Telegram kanalında yazıb.

Bundan əlavə, Xerson vilayətinin “qubernatorunun mətbuat katibi” Vladimir Vasilenko bildirib ki, bölgənin bir neçə bələdiyyə dairəsi Ukrayna dronlarının kütləvi hücumu nəticəsində qismən işıqsız qalıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol