• $
  • £

Mask ABŞ hökumətindən Trampla fikir ayrılığı səbəbindən ayrılıb

Mask ABŞ hökumətindən Trampla fikir ayrılığı səbəbindən ayrılıb
03.06.2025 06:57

Milyarder Elon Mask ABŞ hökumətinin yeni DOGE idarəsinin rəhbəri postunu 130 günlük fəaliyyətindən sonra tərk edib.  Bu qərar prezident Donald Trampla vergi siyasəti mövzusunda artan fikir ayrılığı fonunda verilib.

Rəsmi olaraq, Maskın istefası xüsusi təyinatlı əməkdaş statusunun müddətinin bitməsi ilə izah edilir.

Lakin mənbələrə görə, əsas səbəb onun Trampın təklif etdiyi və ABŞ büdcə kəsirini növbəti 10 ildə 3 trilyon dollar artıracaq vergi islahatını tənqid etməsi olub.

2024-cü il seçki kampaniyasının əsas dəstəkçisi və böyük donorlarından biri olan Mask dövlət xərclərinin artırılması planlarından məyus olduğunu deyib.

Maskın rəhbərliyi dövründə təxminən 260 min federal işçi, o cümlədən vergi xidmətinin əməkdaşları işdən çıxarılıb.

Yale Universitetinin hesablamalarına görə, bu, növbəti 10 ildə 323 milyard dollar vergi gəlirlərinin itirilməsinə səbəb olacaq.

Bu arada Maskın Tesla şirkətinin 2025-ci ilin ilk rübündə mənfəəti 71% azaıb və bu onun hökumət fəaliyyəti ilə bağlı etirazları və imic problemləri fonunda baş verib.

Analitiklər hesab edir ki, Trampla fikir ayrılığı iki keçmiş müttəfiq arasında uzunmüddətli uçuruma səbəb olub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol