• $
  • £

ABŞ Rusiya və Ukrayna danışıqlarından nəticə və vaxt cədvəli tələb edir

ABŞ Rusiya və Ukrayna danışıqlarından nəticə və vaxt cədvəli tələb edir
04.06.2025 08:26

Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında aparılan danışıqlardan konkret nəticələr gözləyir və onların aylarla uzanmasını istəmir, Dövlət Departamentinin sözçüsü Təmmi Brüs brifinqdə bildirib.

“Bunun aylarla davam etməsinə və ya görüşlərin sadəcə görüş naminə keçirilməsinə imkan verilməyəcək. Bu, bir il çəkməyəcək”, — Brüs bildirib.

O əlavə edib ki, Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio “nəticələr və dəqiq vaxt cədvəli” gözləyirlər.

Onun sözlərinə görə, danışıqlarda irəliləyiş əldə olunarsa, “bu prosesə təkan verə və vəziyyəti dəyişə bilər”.

Brüs Tramp və Rubionun mövqeyinə əsaslanaraq bildirib ki, münaqişənin həlli tərəflərin özlərinin iştirakı ilə olmalıdır.

Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya, Ukrayna və ABŞ prezidentlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.

“Bu ideyanı cənab Prezidentlə müzakirə edəndə, o, dərhal sülh naminə hazır olduğunu bildirdi. Hazırda ona olan etimad səviyyəsinə malik başqa bir lider yoxdur”, — Fidan TRT Haber-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşünün baş tutması üçün nümayəndə heyətlərinin “müəyyən mərhələyə çatması” və “konkret həllərin hazırlanması” vacibdir.

Fidan əlavə edib ki, danışıqların bir neçə raundundan sonra dövlət başçılarının görüşü “qaçılmaz olacaq”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol