• $
  • £

Kremlin nüvə məlumatları sızıb - ARAŞDIRMA

Kremlin nüvə məlumatları sızıb - ARAŞDIRMA
04.06.2025 08:58

Dünyanı dəfələrlə nüvə eskalasiyası ilə təhdid edən Rusiya, gözlənilmədən xarici hücum yox, öz bürokratik xaosu səbəbindən zəif mövqeyə düşüb. Danimarkanın Denwatch təşkilatı və Almaniyanın Der Spiegel həftəlik nəşrinin birgə araşdırması göstərib ki, Strateji Raket Qoşunlarının (SRQ) hərbi tenderləri və strateji obyektlərinin tikintisi ilə bağlı minlərlə sənəd ictimaiyyətə açıq olub.

Bu sənədlər arasında möhkəmləndirmə planları, memarlıq layihələri, mühəndis-kommunikasiya sxemləri və əsas nüvə bazalarının — o cümlədən "Avanqard" hipersəs raketlərinin yerləşdirildiyi Yasnı yaxınlığındakı kompleksin — infrastruktur və logistikasına dair məlumatlar var.

2020-ci ilin dekabrında qəbul olunan və müdafiə satınalmalarını sərtləşdirən qanuna baxmayaraq, məmurlar 2024-cü ilin ortalarına qədər məxfi sənədləri açıq portal olan zakupki.gov.ru-da dərc etməkdə davam ediblər.

Bu, tədqiqatçılara iki milyondan çox tenderi təhlil etməyə və Rusiyanın nüvə infrastrukturu modernizasiyasının miqyasını görünməmiş səviyyədə başa düşməyə imkan verib.

Xüsusi diqqət prezident Vladimir Putinin 2018-ci il çıxışında nümayiş etdirdiyi "Avanqard" kimi hipersəsli silahların yerləşdirilməsinə yetirilib. İndi aydın olur ki, bu sistemlərə hazırlıq çox daha əvvəl — gizli və geniş miqyasda başlamışdı.

Amerika Alimləri Federasiyasının Nüvə İnformasiya Layihəsinin rəhbəri Hans Kristensenə görə, bu, Soyuq Müharibədən bəri ən böyük strateji məlumat sızmasıdır.

Araşdırma göstərir ki, Rusiya nüvə obyektlərini köklü şəkildə yenidən qurur, köhnə sovet bazaları sökülür, onların yerində inkişaf etmiş tunel sistemləri və müasir müdafiə vasitələri olan yeni beton monolitlər tikilir.

Əvvəlki "qapaqlı balaca quyuların" əvəzinə uzunmüddətli müstəqil fəaliyyətə hazır möhkəmləndirilmiş komplekslər yaradılır.

Norveç Hərbi Kollecinin təhlükəsizlik üzrə eksperti Tom Rost qeyd edir ki, bu sızma təkcə ayrı-ayrı obyektlərin təhlükəsizliyini deyil, Moskvanın bütün nüvə strategiyasının məntiqini də ifşa edir.

Rusiya Ukrayna müharibəsi fonunda nüvə ritorikasını artırır və silahlara nəzarət sazişlərindən imtina edir, eyni zamanda nüvə silahından istifadə həddini aşağı salır.

2020-ci ildən bəri ABŞ inspektorları Rusiyanın nüvə obyektlərinə səfər etməyib, Moskva isə START-III müqaviləsində iştirakını dayandırıb və qarşılıqlı monitorinq imkanlarını aradan qaldırıb.

Bu arada, SRQ Rusiyanın silahlı qüvvələrinin elit hissəsi olaraq qalır, təxminən 880 aktiv nüvə başlığına və 50 mindən çox hərbi qulluqçuya nəzarət edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub - Yenilənib
Dünya 11:48
İranda yeni ali rəhbərlə bağlı konsensus əldə olunub - Yenilənib
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Dünya 11:20
KİV: İsrail İranın enerji obyektlərinə zərbələr endirir
Tehranda neft anbarları vuruldu - Video
Dünya 09:39
Tehranda neft anbarları vuruldu - Video
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Dünya 09:30
Beyrutun mərkəzində hotelə zərbə endirilib, 4 ölü, 10 yaralı var
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Dünya 09:19
Yunanıstanda 5,4 bal gücündə zəlzələ olub
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
Dünya 09:00
Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Dünya 23:11
İran dronu Dubayda “23-Marina” göydələninə düşüb
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Dünya 19:46
Ərdoğan TDT-yə üzv dövlətlərin xarici işlər nazirlərini qəbul edib
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Dünya 18:14
Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol