• $
  • £

İsveç məhbuslarını Estoniyaya göndərəcək

İsveç məhbuslarını Estoniyaya göndərəcək
04.06.2025 20:36

İsveç məhbuslar üçün həbsxana yerlərinin kirayəsi ilə bağlı Estoniya ilə razılığa gəlib.Bu barədə İsveçin SVT televiziyası məlumat yayıb.

“İsveçdə məhkum edilmiş təxminən altı yüz məhbus cəzalarını çəkmək üçün Tartu həbsxanasına köçürülə bilər ki, bu da ölkə həbsxanalarında sıxlığı azaldacaq”, - ölkənin ədliyyə naziri Qunnar Strömmer mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Estoniya ilə əldə olunan razılaşma konkret olaraq Tartu şəhərindəki həbsxanaya aiddir və sözügedən həbsxana tamamilə İsveçin sərəncamına veriləcək.

Həbsxanada 600 məhbusun yerləşə biləcəyi 400 kamera var. Məkan İsveç həbsxanalarındakı standartlara cavab verəcək və eyni cür kameralar və avadanlıqlırla təchiz olunacaq.

Razılaşmaya uyğun olaraq məkanda bəzi istisnalarla Estoniya qanunvericiliyi tətbiq olunacaq. Nazirin sözlərinə görə, Estoniyada həbs cəzası İsveçdəki həbs ilə mümkün qədər oxşar olacaq.

Telekanalın məlumatına görə, İsveç hökuməti həbsxanadakı hər yerə görə ayda 8 500 avro ödəyəcək ki, bu da ölkədəki müvafiq xərclərlə müqayisə oluna bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol