• $
  • £

KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib

KİV: Müxalifət Çexiya hökumətinin istefasını tələb edib
05.06.2025 21:30

Çexiyanın müxalif parlament siyasi hərəkatları ANO (Narazı Vətəndaşların Aksiyası) və SPD (Azadlıq və Birbaşa Demokratiya) məhkum olunmuş narkotik alverçisindən Ədliyyə Nazirliyi səlahiyyətlilərinin bitkoin alması ilə bağlı qalmaqala görə ölkə hökumətinin istefasını tələb edib.Bu barədə “Irozhlas” xəbər portalı məlumat yayıb.

Ədliyyə Nazirliyi tərəfindən 1 milyard kron (təxminən 40 milyon avro) məbləğində bitkoinlərin hədiyyə kimi qəbul edilməsi ilə bağlı halların müzakirəsi müxalifətin təşəbbüsü ilə Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palata) növbədənkənar iclasında gündəmə gətirilib. ANO-nun sədri, keçmiş Baş nazir Andrey Babiş Nazirlər Kabinetini tənqid edib və ölkənin beynəlxalq nüfuzuna zərbə vurduğuna görə Nazirlər Kabinetinin istefa verməsində israrlı olduğunu bildirib.

Qalmaqala görə, Pavel Blajek iyunun 6-da ədliyyə naziri vəzifəsindən istefa verib. Onun yerinə hazırkı Baş nazir Petr Fialanın rəhbərlik etdiyi Vətəndaş Demokratik Partiyasının (ODS) sədr müavini Eva Dekrua təyin olunub. Dekrua zərərli şübhələri aradan qaldırmaq üçün təşkilatda audit aparılacağını elan edib. Fiala da öz növbəsində müxalifətin və bəzi KİV-in nazirlik rəhbərliyinin bitkoinləri pis niyyətlə qəbul etməsi ilə bağlı açıqlamalarını rədd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol