Pakistanda partlayış nəticəsində binanın damı uçub, altı nəfər ölüb
Pakistanın Xayber-Paxtunxva əyalətində qaz balonunun partlaması faciə ilə nəticələnib.Bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb.
Mərdan rayonunda baş verən hadisədə iki mərtəbəli yaşayış binasının damı uçub.
Nəticədə altı nəfər ölüb, iki nəfər yaralanıb.
Yeddi saat davam edən xilasetmə əməliyyatından sonra dağıntılar altından 8 nəfər sağ çıxarılıb.
Son xəbərlər
Daha çox