• $
  • £

Rusiya Odessada doğum evi və yaşayış binalarına zərbə endirib

Rusiya Odessada doğum evi və yaşayış binalarına zərbə endirib
10.06.2025 09:08

Ukraynanın cənubunda yerləşən  Odessa şəhərinə Rusiya tərəfindən həyata keçirilən dron hücumu nəticəsində azı bir nəfər ölüb, dörd nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Hücum yaşayış binalarına və doğum evinə yönəlib.

“Odessanın mərkəzində bir neçə yaşayış binası dağılıb və ya zədələnib. 59 yaşlı kişi həlak olub, dörd nəfər isə xəsarət alıb,” —  vilayət hərbi administrasiyasının rəhbəri Oleh Kiper bildirib.

Kiperin sözlərinə görə, təcili tibbi yardım stansiyasının inzibati binası tamamilə dağılıb, yaxınlıqda dayanan təcili yardım avtomobilləri zədələnib, yanğın baş verib.

Tibbi heyət arasında xəsarət alan olmayıb.

Odessa meri Gennadi Truxanov isə bildirib ki, yerli doğum evlərindən birinin inzibati binası da zərər görüb.

“Əhəmiyyətli dağıntılar var, səhər saatlarında qiymətləndirmə aparılacaq,” —  o qeyd edib.

Kiper əlavə edib ki, hüquq-mühafizə orqanları bu hücumu mülki əhaliyə qarşı növbəti cinayət adlandırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol