• $ 1.7
  • € 1.9738
  • ₽ 0.021849
  • ₺ 0.0393
  • £ 2.276

ABŞ, İranın raket məsafəsində yerləşən səfirliklərinə xəbərdarlıq edib — KİV

ABŞ, İranın raket məsafəsində yerləşən səfirliklərinə xəbərdarlıq edib — KİV
12.06.2025 07:13

ABŞ Dövlət Departamenti İranın raket məsafəsində yerləşən səfirliklərə təhlükə barədə xəbərdarlıq edib. Xəbərdarlıq Yaxın Şərq, Şərqi Avropa və Şimali Afrikadakı diplomatik nümayəndəlikləri əhatə edir.

Səfirliklərə fövqəladə hallar üzrə komitələri yaratmaq və təhlükələrin azaldılması üçün görülən tədbirlər barədə Vaşinqtona hesabat vermək tövsiyə olunub.

Vaşinqton mümkün İsrail-İran toqquşması fonunda yüksək hazırlıq vəziyyətindədir.

Al Hadath bildirir ki, ABŞ-ın Bağdaddakı səfirliyindən 1 000-ə qədər podratçı işçi geri qaytarıla bilər.

Associated Press və Reuters isə Dövlət Departamentinin Bəhreyn və Küveytdəki səfirliklərdən yardımçı heyətin təxliyyəsini nəzərdən keçirdiyini yazır.

İranın müdafiə naziri daha əvvəl bildirib ki, əgər nüvə danışıqları uğursuz olarsa, Tehran regionda ABŞ bazalarına zərbə endirəcək.

N.Tebrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Siyasət 13:20
Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Siyasət 17:47
Təcrübə keçən tələbələrlə əmək müqaviləsi bağlanacaq
Prezident sərəncam imzalayıb
Siyasət 17:12
Prezident sərəncam imzalayıb
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
Siyasət 17:10
Prezident Rauf Vəliyevi vəzifəsindən azad edib
İranda etiraz aksiyaları dayanıb - Reuters
Siyasət 16:37
İranda etiraz aksiyaları dayanıb - Reuters
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Siyasət 11:08
Deputat: Regiondakı proseslər Prezident Əliyevin siyasətinin düzgünlüyünü təsdiqləyir
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Siyasət 17:21
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə baxış keçiriblər
Prezident bu qanunu təsdiqləyib
Siyasət 14:59
Prezident bu qanunu təsdiqləyib
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Siyasət 12:26
Paşinyan: Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəyə hazırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol