• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Bakı-Qazax sərnişin qatarı istifadəyə verilib

Bakı-Qazax sərnişin qatarı istifadəyə verilib
15.06.2025 09:30

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə iyunun 15-dən Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq.

ADY-dən verilən məlumata görə, bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı–Qazax–Bakı marşrutu üzrə ilk dəfə “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək.

Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.

Hərəkət cədvəlinə gəlincə, sürətli sərnişin qatarları hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatacaq. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatacaq.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq olunacaq və Bakıdan Qazaxa kimi bir istiqamətə standart sinif yerlərə minimum gediş haqqı 16.20 AZN təşkil edəcək.

Biletləri dəmiryol kassalarından, “ADY Mobile” tətbiqindən və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az) əldə etmək mümkündür.

ADY Bakı–Qazax–Bakı marşrutu üzrə qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə dəmir yollarının Ağstafa–Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirib. Belə ki, Bakı–Qazax dəmiryol xəttində enerji, rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi işləri yerinə yetirilib. Həmçinin Qazax stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Bakı–Qazax–Bakı marşrutunun istismara verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım proqnozlaşdırılır.

İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik əlavə 10 000-ə yaxın sərnişinin daşınacağı gözlənilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda polis əməkdaşı tabel silahı ilə ehtiyatsız davranma nəticəsində həlak olub
Cəmiyyət 16:00
Naxçıvanda polis əməkdaşı tabel silahı ilə ehtiyatsız davranma nəticəsində həlak olub
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
Cəmiyyət 15:27
DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb
“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
Cəmiyyət 14:17
“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
Xankəndidə yanğına səbəb olan şəxs həbs edilib
Cəmiyyət 13:14
Xankəndidə yanğına səbəb olan şəxs həbs edilib
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
Cəmiyyət 12:53
Bir həftədə nə qədər ərazi minadan təmizlənib? - Rəsmi
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
Cəmiyyət 12:41
“Azercell Biznes” şirkətlər üçün yeni rəqəmsal həll təqdim edir
Sabahın hava proqnozu açıqlanıb - Proqnoz
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb - Proqnoz
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Cəmiyyət 11:49
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib
Cəmiyyət 11:15
Lerikdə çətin relyef şəraitində əməliyyat keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol