• $
  • £

İran ABŞ və İsraildən hücumları dayandırmağı xahiş edib — WSJ

İran ABŞ və İsraildən hücumları dayandırmağı xahiş edib — WSJ
17.06.2025 08:43

Wall Street Journal-ın ABŞ və Avropa mənbələrinə istinadən verdiyi məlumata görə, İran ərəb vasitəçiləri vasitəsilə ABŞ və İsrailə təcili mesajlar göndərərək qarşılıqlı zərbələrin dərhal dayandırılmasını və nüvə danışıqlarının bərpasını təklif edib.

Rəsmi Tehran bildirir ki, əgər Vaşinqton İsrailin mümkün hərbi əməliyyatlarında iştirakdan çəkinərsə danışıqlara qayıtmağa hazırdır. İran həmçinin İsrailə müraciət edərək toqquşmaların müəyyən çərçivədə saxlanılmasını istəyib ki, münaqişə nəzarətdən çıxmasın.

IranWire saytına açıqlama verən yüksək rütbəli iranlı diplomat bildirib ki, İran ABŞ-la razılaşmaya nail olmaq və rejimin davamlılığını təmin etmək üçün hətta uranın zənginləşdirilməsindən imtina etməyə də hazırdır.

"Ali rəhbərliyin prioriteti rejimin sağ qalmasıdır. İsraillə davam edən qarşıdurma orduya, SEPAH-a, iqtisadiyyata və siyasi sabitliyə zərbə vurur. Biz Səddam Hüseynin taleyini təkrarlamaq istəmirik. Danışıqlara hazırıq", -  o bildirib.

Ərəb diplomatları qeyd edirlər ki, Tehran diplomatik çıxış yolu axtarır və İsrailin ABŞ-ın dəstəyi olmadan uzunmüddətli müharibəyə davam gətirə bilməyəcəyinə inanır.

İran düşünür ki, İsrailin bu münaqişədən çıxış strategiyası yoxdur və Fordodakı kimi yeraltı nüvə obyektlərinə ciddi zərbələr endirmək yalnız ABŞ-ın iştirakı ilə mümkündür.

"İranlılar ABŞ-ın İsrailə müdafiə və logistika dəstəyi verdiyini anlayır, lakin açıq zəmanət istəyirlər ki, Vaşinqton birbaşa hücumlara qoşulmayacaq," —  ərəb mənbəsi bildirib.

Eyni zamanda Tehran xəbərdarlıq edib ki, əgər diplomatik cəhdlər nəticə verməsə, İran nüvə proqramını sürətləndirməyə və qarşıdurmanın miqyasını genişləndirməyə hazırdır.

Hər iki tərəf uranın zənginləşdirilməsini “qırmızı xətt” hesab edir və bu məsələdə güzəştə getmək istəmir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol