• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

İlham Əliyev Xəzər məsələsini qaldırıb -Putin

İlham Əliyev Xəzər məsələsini qaldırıb -Putin
19.06.2025 09:00

Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələ Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gündəmə gətirilib və bu problem ciddi, hətta qlobal xarakter daşıyır. Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib. 

İyunun 18-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində TASS agentliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Putin 13 ölkənin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşüb. 

Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı sualı cavablandıran Rusiya Prezidenti qeyd edib ki, Rusiya və Azərbaycan hökumətləri bu problemin həlli istiqamətində birgə iş aparır.

“Xəzərin dayazlaşması məsələsi Prezident İlham Əliyev tərəfindən qaldırıldı və mən dərhal onu dəstəklədim”, –  Putin bildirib.

“Bu, doğrudan da böyük problemdir, hətta deyərdim ki, qlobal xarakter daşıyır. Aral dənizi kimi faciəvi nümunələr göz önündədir. Vaxtında və razılaşdırılmış tədbirlər görülməlidir. Mən artıq hökumətə müvafiq tapşırıqlar vermişəm”,- o bildirib.

Putin əlavə edib ki, bu istiqamətdə fəaliyyət ardıcıl, fasiləsiz və planlı şəkildə aparılmalıdır.

Rusiya Prezidenti vurğulayıb ki, suyun səviyyəsinin azalmasının səbəbləri araşdırılmalı və geridönməz proseslərin qarşısı alınmalıdır.

İqtisadi əməkdaşlıq məsələsinə toxunan Putin bildirib ki, ötən il Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi 7 faiz artıb.

“Şimal-Cənub dəhlizi və digər mühüm istiqamətlər üzrə – logistika, istehsal, gəmiqayırma sahəsində perspektivli layihələrimiz var. Biz Bakı Gəmiqayırma Zavoduna sifarişləri artırmağa hazırıq. Ümid edirəm ki, bu layihələrin hamısını həyata keçirəcəyik”, –  o vurğulayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Meymunçiçəyi virusundan ilk ölüm faktı qeydə alınıb
Cəmiyyət 09:46
Meymunçiçəyi virusundan ilk ölüm faktı qeydə alınıb
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol