• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi

Azercell diqqət və qayğıya ehtiyacı olan iki nəsli bir araya gətirdi
19.06.2025 11:08

“Azercell Könüllüləri” sosial məsuliyyət fəaliyyətini davam etdirərək xüsusi diqqət və
qayğıya ehtiyacı olan ahıl və uşaqları bir araya gətirən tədbir təşkil edib.

Belə ki, Azercell-in təşəbbüsü və dəstəyi ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin
nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinin uşaqları,
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət
müəssisəsinin sakinlərini ziyarət ediblər.

Bu təşəbbüsə “Aztelekom” MMC-nin əməkdaşları və “Enteskedu” Rəqəmsal Bacarıqlar
Mərkəzi də qoşularaq tədbirin sosial təsir dairəsini daha da genişləndiriblər.
Ümumilikdə 100-dən çox böyük və gənc nəslin nümayəndələrini bir araya gətirən bu
təşəbbüsün əsas məqsədi nəsillərarası ünsiyyəti gücləndirmək və qarşılıqlı sosial
inteqrasiyanı təşviq etmək olub.

Tədbir çərçivəsində iştirakçılar üçün əyləncə proqramı, yaradıcı fəaliyyətlər və musiqili
çıxışlar təşkil olunub.

Qeyd edək ki, “Azercell Könüllüləri” 2004-cü ildən etibarən müxtəlif xeyriyyə
layihələrində fəal iştirak edir. Təşkilat qayğıya ehtiyacı olan sosial qruplara davamlı
dəstək göstərməklə sosial məsuliyyət mədəniyyətinin inkişafına və dayanıqlı ictimai
təsirin formalaşmasına töhfə verir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Meymunçiçəyi virusundan ilk ölüm faktı qeydə alınıb
Cəmiyyət 09:46
Meymunçiçəyi virusundan ilk ölüm faktı qeydə alınıb
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol