• $
  • £

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni regional prezidenti təyin olunub
19.06.2025 11:45

bp şirkəti elan edib ki, Ciovanni Kristofoli (Giovanni Cristofoli) 2025-ci il oktyabrın 1-dən etibarən Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə yeni regional prezident vəzifəsini icra edəcək. O, bp-nin Bakıdakı ofisində fəaliyyət göstərəcək.

Hazırda Kristofoli bp-nin texniki həllər bölməsinin baş vitse-prezidentidir və şirkətin upstream, emal, aşağı karbonlu enerji və birgə müəssisə bizneslərinə xidmət göstərən qlobal təşkilatına rəhbərlik edir. Onun rəhbərliyi ilə bp texniki xidmətlərin, sualtı işlərin, avadanlıqların bütövlüyü və davamlılığı kimi sahələrin transformasiyasını həyata keçirib.

Kristofoli bu vəzifədə 2017-ci ilin aprelindən AGT regionuna rəhbərlik edən Qəri Counzu əvəz edəcək. Qərinin gələcək vəzifəsi ilə bağlı məlumat bp tərəfindən daha sonra açıqlanacaq.

bp-nin baş icraçı direktoru Marri Aukinkloss Kristofolini "qlobal enerji sənayesində zəngin təcrübəyə malik lider" adlandıraraq onun strateji baxış, əməliyyat mükəmməlliyi və transformasiya bacarıqlarını önə çəkib.

Aukinkloss həmçinin Gəri Counza səkkiz il ərzində AGT regionundakı biznesə rəhbərliyinə görə təşəkkürünü bildirib. O, Bakıda bu ay elan edilən beş yeni layihənin bp-nin regiondakı uzunmüddətli tərəfdaşlığına sadiqliyinin göstəricisi olduğunu vurğulayıb.

N.Tebrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol