• $
  • £

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək

İşğaldan azad olunan ərazilərdə yeni su anbarları tikiləcək
19.06.2025 13:17

Azərbaycanın işğaldan azad olunan ərazilərində suvarma və içməli su ilə təchizatı yaxşılaşdırmaq məqsədilə bir sıra yeni su anbarlarının tikintisi planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi İlham Quliyev Laçında jurnalistlərə bildirib.

"Artıq Həkəriçay və Bərgüşadçay su anbarlarının texniki-iqtisadi əsaslandırmaları və layihə-smeta sənədləri hazırlanıb. Həkəriçay su anbarının 91 milyon kubmetr, Bərgüşadçay su anbarının isə 67 milyon kubmetr həcmində olması nəzərdə tutulur. Bu layihələr Laçın, Qubadlı, Zəngilan və ətraf rayonların suvarma və içməli su təminatına ciddi töhfə verəcək”, –  o qeyd edib.

Agentlik rəsmisi əlavə edib ki, 565 milyon kubmetr həcmində planlaşdırılan Sərsəng su anbarı üzrə sənədləşmə prosesi də tamamlanmaq üzrədir.

Bu anbar Ağdərə, Tərtər, Ağdam, Bərdə, Goranboy və Yevlax rayonlarında 96 min hektar sahənin suvarılmasına xidmət edəcək.

Bundan başqa, Qız qalası su anbarı, onunla bağlı 52 km-lik magistral kanal və Tərtərçay Sağ Sahil suvarma kanalı layihələrinin də sənədləri hazırdır və yaxın müddətdə icrasına başlanması planlaşdırılır.

 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol