• $
  • £

Qəbələ qlobal aviasiya xəritəsinin bir hissəsinə çevrilir -Teymur Həsənov

Qəbələ qlobal aviasiya xəritəsinin bir hissəsinə çevrilir -Teymur Həsənov
19.06.2025 15:50

Əbu-Dabi və Qəbələ arasında birbaşa uçuşların açılması Azərbaycanın regionlarının beynəlxalq nəqliyyat və logistika dəhlizlərinə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Bu fikirləri Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov reysin açılışı çərçivəsində təşkil olunan media-tur zamanı jurnalistlərə bildirib.

"Bu reys Qəbələnin qlobal aviasiya xəritəsində yerini daha da möhkəmləndirməklə yanaşı, ölkənin şimal-qərb bölgəsinin turizm, investisiya və logistika potensialının artmasına da ciddi töhfə verir", –  o qeyd edib.

"Biz bu marşrutu beynəlxalq hava əlaqələrinin inkişafına yönəlmiş regional strategiyanın bir hissəsi, eyni zamanda Azərbaycanın Avrasiyanın mərkəzində yerləşən dinamik nəqliyyat qovşağı kimi mövqeyini daha da gücləndirəcək genişmiqyaslı inkişaf konsepsiyasının bir elementi kimi qiymətləndiririk", – Həsənov əlavə edib.

Abu Dabiyə reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək. Gələcəkdə isə tələbatdan asılı olaraq uçuşların sayının artırılması planlaşdırılır. 

Biletlərin qiyməti 45,99 ABŞ dollarından başlayır.

Qəbələ Hava Limanı 2011-ci ildən fəaliyyət göstərir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol