• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Taksi sürücüləri üçün test imtahanı keçirilib

Taksi sürücüləri üçün test imtahanı keçirilib
19.06.2025 18:21

İyunun 19-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün 1588 namizəd qeydiyyatdan keçib. Onlardan 1511 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 1072 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim edilib. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir. Şəhadətnamələrin verilmə tarixləri barədə əlavə məlumat veriləcək.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 20 və 21 iyun tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol