• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Yasamalda "Bal Badem" şirniyyat mağazasının fəaliyyəti dayandırılıb

Yasamalda "Bal Badem" şirniyyat mağazasının fəaliyyəti dayandırılıb
20.06.2025 10:02

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakıda Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilərək bağlanıb.

Bu barədə Nazirlikdən bildirilib.

 

- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;

- obyektin elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, elektrik avadanlıqlarının torpaqlanmasına dair sınaq protokolları tərtib olunmayıb;

- pilləkən qəfəsinin altında otaq (anbar) quraşdırılıb;

- ⁠ obyektin işçiləri yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb və bu barədə xüsusi jurnalda qeydlər aparılmayıb;

- elektrik lövhələri olan otaq “Yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinə uyğun saxlanılmır;

- köçürmə çıxışlarının qapıları çıxışa doğru açılmır və köçürmə yollarının üzərində “Çıxış” sözü yazılmış işıqlandırıcı lövhələr asılmayıb;

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təchiz olunmayıb;

- insanların və qiymətli əşyaların köçürülməsi üçün “Köçürmə planı” işlənib hazırlanmayıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 162 ünvanında yerləşən “Bal Badem” şirniyyat istehsalı və satışı obyektinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol