• $
  • £

Ərdoğan Paşinyanla görüşüb - Yenilənib

Ərdoğan Paşinyanla görüşüb - Yenilənib
20.06.2025 22:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Görüş zamanı Cənubi Qafqazda sülh və dialoq prosesi, eləcə də regionla bağlı cari proseslər, xüsusilə Türkiyə və Ermənistan arasındakı təmaslar müzakirə edilib.

Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında əldə olunan razılaşmanın hazırkı konyukturada əhəmiyyətinə diqqət çəkib,Türkiyənin bölgənin inkişafı məqsədilə həyata keçirilən səylərə hər cür dəstəyi verməyə davam edəcəyini bildirib.

Görüşdə Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılacaq mümkün addımlar da müzakirə edilib.

Ərdoğan Türkiyənin təkcə Qafqazda deyil, bütün bölgədə sabitliyin bərqərar olması üçün diplomatiyanın bütün vasitələrindən istifadə etdiyini qeyd edib. O, İsrail - İran münaqişəsinin yaratdığı riskləri aradan qaldırmaq üçün liderlərlə təmaslarını davam etdirdiyini bildirib.

 

20:08

 

İstanbul şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.Bu barədə TRT telekanalı məlumat yayıb.

İki liderin məhdud tərkibdə görüşü Dolmabağça sarayında keçirilir.

Paşinyanı səfərdə XİN rəhbəri Ararat Mirzoyan, XİN rəhbərinin müavini Vahan Kostanyan, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol