• $
  • £

Avropanın 14 ölkəsi Rusiyaya qarşı bəyanat hazırlayıb

Avropanın 14 ölkəsi Rusiyaya qarşı bəyanat hazırlayıb
20.06.2025 20:48

Avropanın 14 ölkəsinin xarici işlər nazirləri və hökumət nümayəndələri Rusiyanın “kölgə donanması” adlandırılan donanmasına birgə yanaşmanın hazırlanması barədə razılığa gəliblər. Bu barədə Belçika, Böyük Britaniya, Danimarka, Almaniya, İslandiya, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Fransa, Finlandiya, İsveç və Estoniya nümayəndələrinin görüşündən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Bu gün biz əməkdaşlığımızı daha da gücləndirmək və Rusiyanın "kölgə donanması"na qarşı mübarizədə milli orqanlarımızın birgə və əlaqələndirilmiş yanaşmasını təmin etmək barədə razılığa gəldik. Biz dənizdə məsuliyyətli davranışı təşviq etmək, beynəlxalq normalara riayət olunmasını gücləndirmək və dəniz fəaliyyətinin şəffaflığını təmin etmək üçün beynəlxalq hüquq normalarına uyğun olaraq ümumi tövsiyələr hazırlamaq niyyətindəyik", - məlumatda deyilir.

Avropanın 14 ölkəsinin nümayəndələri “dövlət mənsubiyyəti olmayan” gəmilərin Baltik və ya Şimal dənizindən etibarlı bayraq qaldırmadan üzməsi halında “beynəlxalq hüquq çərçivəsində müvafiq tədbirlər görəcəklərini” vəd ediblər.

Bundan əvvəl Böyük Britaniya hakimiyyəti Rusiyanın enerji ehtiyatlarının nəqlində iştirak etdiyi iddia edilən 300-ə yaxın tankeri sanksiyalar siyahısına əlavə edib. Onların hamısına saxlanılma təhlükəsi altında Böyük Britaniya limanlarına daxil olmaq qadağan edilib.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol