• $
  • £

“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev

“Mir” kartları artıq Azərbaycanın 50 bankomatında qəbul olunur - Mustafayev
21.06.2025 09:17

Azərbaycanın 50 bankomatında Rusiyaya məxsus “Mir” ödəniş kartları qəbul olunur. Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Forumda Azərbaycanın nümayəndə heyətinə rəhbərlik edən Mustafayevlə yanaşı, SOCAR-ın qaz sektoruna cavabdeh vitse-prezidenti Elşad Nəsirov da iştirak edib.

O qeyd edib ki, Rusiya ilə əməkdaşlıq SOCAR-ın xarici iqtisadi siyasətində əsas istiqamətlərdən biridir.

Mustafayev vurğulayıb ki, Bakı ilə Moskva arasında demək olar ki, hər həftə məsləhətləşmələr keçirilir.

İki ölkə arasında 270-dən çox ikitərəfli sənəd qüvvədədir və avqustda Astarxanda keçiriləcək hökumətlərarası komissiyanın iclası üçün yeni razılaşmalar hazırlanır.

Rusiya Azərbaycanın üç əsas ticarət tərəfdaşından biri olaraq qalır.

2025-ci ilin ilk dörd ayında ikitərəfli ticarət həcmi 9,6% artıb. Azərbaycanın Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac kvotalarının artırılması da planlaşdırılır.

Rusiyanın Azərbaycanın qeyri-neft sektoruna yatırdığı investisiyalar 2,7 milyard ABŞ dollarına çatıb. Azərbaycan şirkətləri isə Yessentukidə, Kislovodskda və Jeleznovodskda sanator-kurort layihələri həyata keçirirlər.

"Bakı metrosu üçün Rusiyada istehsal olunmuş 65 vaqon alınıb. 2024-cü ildən Azərbaycanda “AvtoVAZ” avtomobillərinin yığımı başlayıb və illik 5 min ədəd istehsal hədəflənir. Həmçinin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları müzakirə olunur", - Mustafayev deyib.

Əczaçılıq, kimya sənayesi (xüsusən Sumqayıt Kimya Sənaye Parkında) və spirtli içkilər istehsalı sahələri əməkdaşlığın əsas istiqamətləri kimi qeyd olunub.

Mustafayev “KamAZ” şirkətinin işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakını yüksək qiymətləndirib və digər Rusiya şirkətlərini də bu bölgələrdə fəaliyyətə çağırıb.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Azərbaycanda Rusiya kapitallı təxminən 1800 şirkət fəaliyyət göstərir. O, Xəzər dənizində kruiz turizmi də daxil olmaqla turizm sahəsində imkanları vurğulayıb və hazırda 18 birgə qeyri-neft layihəsinin həyata keçirildiyini qeyd edib.

“Azərbaycan-Rusiya strateji tərəfdaşlığı qlobal dəyişikliklər fonunda ardıcıl şəkildə güclənir və yeni şəraitə uyğunlaşır”,  -  Mustafayev bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol