• $
  • £

ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp

ABŞ müdafiə xərclərini 5%-ə qaldırmayacaq -Tramp
21.06.2025 09:40

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton NATO üzvlərindən tələb etdiyi kimi, müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq niyyətində deyil, çünki ABŞ artıq alyansın əsas maliyyə yükünü daşıyır.

“Düşünürəm ki, onlar (NATO üzvləri – red.) bunu etməlidirlər. Amma düşünmürəm ki, biz etməliyik. Biz NATO-nu çoxdan dəstəkləyirik, bir çox hallarda məncə, xərclərin 100%-ni biz ödəyirik”, – Tramp jurnalistlərə Nyu-Cersidə, Bedminsterdəki qolf klubunda deyib.

Bu bəyanat NATO-nun bəzi üzvlərindən müdafiə büdcəsini ÜDM-in 5%-nə qədər artırmaq çağırışlarının fonunda səslənib.

Dünya Bankının 2023-cü il üzrə məlumatına görə, ABŞ-ın hərbi xərcləri ÜDM-in təxminən 3.4%-ni təşkil edib.

Tramp İspaniyanı NATO-nun yeni baş katibi Mark Ruttənin müdafiə xərclərinin artırılması ilə bağlı çağırışını rədd etdiyinə görə tənqid edib və Kanadanı da az töhfə verməkdə ittiham edib.

“NATO İspaniya ilə məşğul olmalı olacaq. Onlar həmişə çox az ödəyiblər. Bilirsiniz, daha kim az ödəyir? Kanada,” –  o əlavə edib.

Ağ Evin sözçüsü Karolayn Livittin məlumatına görə, İsrail və İran arasında gərginliyə baxmayaraq, Tramp iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində iştirak edəcək.

Tədbirdə 45-dən çox dövlət və hökumət başçısının, xarici işlər və müdafiə nazirlərinin, eləcə də 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir. Sammitdə NATO üzvlərinin müdafiə xərclərinin 5%-ə çatdırılması ilə bağlı qərarın qəbul olunacağı ehtimal olunur.

N.Tebrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol