• $
  • £

Azərbaycanda Fintex sahəsində ani ödənişlər 40% artıb

Azərbaycanda Fintex sahəsində ani ödənişlər 40% artıb
24.06.2025 09:49

Azərbaycanda ani ödəniş sistemləri vasitəsilə əməliyyatların sayı bir ildə 40%-dən çox artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov  Fintex Sammitində çıxış edərkən bildirib. 

Onun sözlərinə görə,  2025-ci ilin ilk dörd ayında ölkədaxili ödəniş kartları ilə edilən nağdsız əməliyyatların həcmi 67%, əməliyyatların sayı isə 91% artıb.

Hazırda ölkədə hər on əməliyyatdan doqquzu nağdsız həyata keçirilir.

Mərkəzi Bank rəsmisi vurğulayıb ki, fintex sektoru rəqəmsal dövrdə istifadəçilərin sürətli, təhlükəsiz və fərdi xidmət gözləntilərini qarşılamaq üçün əsas vasitəyə çevrilib.

“Hazırda biz açıq bankçılıq, paylanılmış KYC və ani ödəniş sistemləri üzərində işləyirik. Bu texnoloji həllər fintexlər üçün yeni imkanlar yaradacaq,” –  o bildirib.

Rəsmiyə görə, Mərkəzi Bank süni intellekt əsaslı nəzarət modelləri, İT və Data idarəetməsi, eləcə də kibertəhlükəsizlik standartlarının tətbiqi ilə sektorda dayanıqlılığı gücləndirməyə çalışır.

İyul ayında proqramlaşdırma üzrə dünya çempionatı – ICPC-nin finalı Azərbaycanda keçiriləcək, bu da ölkənin texnologiyalar sahəsində nüfuzunu artıracaq.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol