• $
  • £

Azərbaycanda maliyyə ekosistemi rəqəmsallaşma və təhlükəsizlik üzərində qurulur -Zakir Nuriyev

Azərbaycanda maliyyə ekosistemi rəqəmsallaşma və təhlükəsizlik üzərində qurulur -Zakir Nuriyev
24.06.2025 10:30

Azərbaycanın maliyyə sektorunda rəqəmsal transformasiya davamlı və dərinləşən prosesə çevrilib və yeni texnologiyalarla yanaşı, təhlükəsizlik məsələləri də prioritet olaraq qalır.Bunu   Azərbaycan Banklar Assosiasiyasının rəbəri Zakir Nuriyev bildirib.

“Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda forumda çıxış edən Nuriyev, Mərkəzi Bank tərəfindən açıq bankçılığa əsaslanan mərkəzləşdirilmiş platforma üzərində işlərin getdiyini və fintex şirkətlərinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, hazırda ölkədə 19 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və bir ödəniş sistemi operatoru lisenziyaya malikdir. 2025-ci ilin ilk dörd ayında nağdsız ödənişlərin payı 67%-ə çatıb, elektron ticarət dövriyyəsi isə 1.4 dəfə artıb.

Bank sektorunun aktivləri 2025-ci ilin aprel ayının sonuna 54.6 milyard manata çataraq illik 10.9% artıb. 

Bank sektorunun ümumi mənfəəti 339.8 milyon manat, faiz gəliri isə 1.5 milyard manat təşkil edib. Ölkədə ödəniş kartlarının sayı 20.7 milyona çatıb, onların 81%-i təmassız ödənişləri dəstəkləyir.

Nuriyev, həmçinin rəqəmsal bankçılıq üçün yeni qanunvericilik, innovasiya mərkəzlərinin yaradılması, dövlət məlumatlarına təhlükəsiz çıxış və fırıldaqçılıqla mübarizə sistemlərinin təkmilləşdirilməsinin qarşıdakı dövr üçün əsas prioritetlər olduğunu vurğulayıb.

“İnnovasiya ruhu, gücləndirilmiş təhlükəsizlik və inklüziv əməkdaşlıq Azərbaycan maliyyə ekosistemini qlobal rəqabətə daşıyacaq,” —  ABA rəhbəri bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol