• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Altıağac Milli Parkını ziyarət ediblər
24.06.2025 14:06

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində Altıağac Milli Parkının ərazisində yerləşən Vəhşi Heyvanlar üçün Reabilitasiya Mərkəzinin yenidən qurulmasının təməlqoyma mərasimində iştirak edib.

Burada reabilitasiyaya ehtiyacı olan vəhşi heyvanların, xüsusilə də ayıların təbii yaşam mühitinə qaytarılması üçün zəruri şərait yaradılacaq.

Mərkəzdə heyvanların baytarlıq müayinələrindən keçirilməsi, fiziki reabilitasiya prosesləri, davranış bərpası mərhələləri üzrə proqramlar və xüsusi qidalanma rejimləri tətbiq olunacaq. Bu proseslər heyvanların yalnız tam hazır olduqları halda təbii yaşam mühitinə buraxılmalarını təmin edəcək.

Daha sonra Bakı Zooloji Parkında uzunmüddətli reabilitasiya prosesi tamamlanmış və tam sağalmış vəhşi quşlar Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Altıağac Milli Parkının ərazisində təbiətə buraxılıb. Təbiətə buraxılan quşlar arasında 2 bataqlıq belibağlısı və 1 ağquyruq sahil qartalı var. Bu yırtıcı quş növləri zəifləmiş və xəsarət almış vəziyyətdə yerli sakinlər tərəfindən aşkarlanaraq Bakı Zooloji parkına təhvil verilmişdi. Zooloji Parkda mütəxəssislərin nəzarəti altında quşlar tam reabilitasiya olunaraq təbii yaşam mühitinə uyğun vəziyyətə gətirilib. Reabilitasiyadan sonra quşların təbiətə buraxılması ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

IDEA İctimai Birliyi vətəndaşlara müraciət edərək bildirir ki, vəhşi heyvanların ev şəraitində saxlanılması biomüxtəlifliyin zəifləməsinə, təbii balansın pozulmasına və heyvanların həyatına ciddi təhlükə yaranmasına səbəb olur. Bu cür hallar vəhşi heyvanların təbii instinktlərini itirməsinə, stress və aqressiv davranışlara yol açmaqla yanaşı, həmçinin insan həyatı üçün potensial təhlükə yaradır. Eyni zamanda, vətəndaşlardan zəif və ya xəsarət almış vəhşi heyvanlarla rastlaşdıqda onların reabilitasiyaya cəlb olunması üçün Bakı Zooloji Parkının qaynar xəttinə (012 4401096) məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol