• $
  • £

Bu il Azərbaycanda aqrodronların istehsalına başlanılacaq


Bu il Azərbaycanda aqrodronların istehsalına başlanılacaq
24.06.2025 14:56

Azərbaycanda bu il aqrodronların istehsalına başlanılması gözlənilir.

Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Zəngilanda keçirilmiş “bootcamp” çərçivəsində Türkiyənin aqrodron istehsalı sahəsində böyük şirkətlərindən biri olan “Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar” MMC yerli şirkət və Bakı Mühəndislik Universiteti ilə razılığa gəlib: "Hazırda istehsalla bağlı hüquqi işlər həyata keçirilir. Yaxın aylarda konkret işlərə başlayacaqlar. Bununla yanaşı, dronların istehsal ediləcəyi ərazi çox güman ki, Universitetin laboratoriyaları və parkı olacaq”.

O həmçinin qeyd edib ki, aqrodronlar əsasən yerli bazar üçün istehsal olunacaq: “Bu addım Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirəcək və yerli bazarın yüksək tələbatını ödəməyə kömək edəcək”.

Qeyd edək ki, hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

Aqrodronlar - kənd təsərrüfatında istifadə olunan insansız hava vasitələri müasir texnologiyanın kənd təsərrüfatına gətirdiyi böyük yeniliklərdəndir. Onlar məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunması üçün geniş imkanlar təqdim edir. Aqrodronlar pestisidlərin və gübrələrin avtomatik, bərabər və qənaətli şəkildə səpilməsini təmin edir ki, bu da həm ətraf mühitin qorunmasına, həm də istehsal xərclərinin azalmasına səbəb olur. Bundan əlavə, torpağın rütubəti, eroziya vəziyyəti kimi müxtəlif xüsusiyyətlərin analizinə imkan verərək fermerlərə daha düzgün və effektiv əkin planları hazırlamağa kömək edir.

“Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar” MMC kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif növ aqrodronların istehsalı ilə məşğuldur. Şirkətin məhsulları müasir texnologiyalarla təchiz olunub və aqrar sahənin ehtiyaclarına uyğunlaşdırılıb. Şirkət əsasən üç növ dron istehsal edir. Bunlardan biri “Zirai” İnsansız Hava Vasitələridir (ZİHA). Bunlar pestisidlərin və gübrələrin səmərəli, bərabər səpilməsi üçün hazırlanmış dronlardır. Bu dronlar kənd təsərrüfatı sahələrinin daha effektiv idarə olunmasına və məhsuldarlığın artmasına xidmət edir. İkinci növ Multispektral Dronlardır. Bu dornlar beş fərqli spektral bantda görüntü toplayan tam avtonom aqrodronlardır. Bu texnologiya bitkilərin sağlamlığının izlənməsi, xəstəliklərin və stress hallarının erkən aşkarlanması üçün geniş imkanlar yaradır. Üçüncü növ dronlar isə “Do-it-Yourself” (“Özün Yığ”) adlanır və bu dronlar 3D printerlə hazırlanmış hissələrdən ibarət təhsil dəstidir. İstifadəçilərə öz aqrodronlarını özləri yığmaq və texnologiyanı dərindən öyrənmək imkanı verir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol