• $
  • £

Avropada təbii qazın qiyməti 12%-dən çox ucuzlaşıb

Avropada təbii qazın qiyməti 12%-dən çox ucuzlaşıb
24.06.2025 14:57

Niderlandın TTF hub-ında təbii qazın fyuçers qiymətləri 12%-dən çox azalaraq 35,3 avro/MVt·saata düşüb. ICE məlumatlarına əsasən, bir gecədə qiymətlər 5 avro geriləyib. Bu, 11 iyundan — İsrail-İran qarşıdurmasından əvvəlki səviyyəyə ilk dəfədir ki, düşür.

ExPro xəbər verir ki, qiymətlərin düşməsi ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəsə dair açıqlamasından sonra baş verib. Beləliklə, münaqişə ilə bağlı narahatlıqların yaratdığı artım tamamilə silinib.

Avropa qaz bazarı həm Norveçdən gələn boru xətti qazı, həm də maye qaz (LNG) ilə yaxşı təmin olunur. Atəşkəs sayəsində Hörmüz boğazı vasitəsilə LNG təchizatında hər hansı bir kəsinti gözlənilmir.

Eyni zamanda, İsrailin qaz yataqlarında hasilatı və Misirə ixracı yaxın günlərdə bərpa edəcəyi gözlənilir ki, bu da Misirin spot LNG alışlarını azalda bilər.

Bundan əvvəl bildirilmişdi ki, neft qiymətləri də aşağı düşüb. Brent $67,6, WTI isə $64,6-a qədər enib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol