• $
  • £

Azərbaycan müəllimlərinin peşəkar inkişafı üzrə qiymətləndirmə prosesinə 85 mindən çox təhsil işçisi cəlb olunub

Azərbaycan müəllimlərinin peşəkar inkişafı üzrə qiymətləndirmə prosesinə 85 mindən çox təhsil işçisi cəlb olunub
25.06.2025 11:56

 

 Azərbaycan Respublikasında müəllimlərin peşəkar inkişafı və təhsilin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən milli qiymətləndirmə proqramı çərçivəsində bu günə qədər 85 mindən artıq müəllim prosesdə iştirak edib. Cəmi müəllimlərin sayı isə ümumilikdə 120 minə nəfərdir. Sertifikasiya nəticəsində 5054  müəllimlə əmək müqaviləsinə xitam verilib. Bu barıdə Təhsil nazirliyinin sözçüsü Səbuhi Rzayev məlumar verib. 

Qiymətləndirmə prosesi 2022-ci ildən etibarən ölkənin sosial-iqtisadi inkişaf strategiyası və “Azərbaycan 2030: Dayanıqlı İnkişaf üçün Milli Prioritetlər” sənədləri əsasında həyata keçirilir. 

“Layihənin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şəffaf qiymətləndirmə sistemi vasitəsilə onların bilik və bacarıqlarının ölçülməsi və nəticələrə uyğun əməkhaqlarının diferensiallaşdırılmasıdır”, - Rzayev bildirib. .

Təhsil Nazirliyinin məlumatına görə, müxtəlif səbəblərlə, xüsusilə analıq məzuniyyətində olan və ya sağlamlıq vəziyyətinə görə prosesə qoşula bilməyən müəllimlər üçün əlavə mərhələlər nəzərdə tutulub.

2013–2018-ci illərdə keçirilən pilot qiymətləndirmələrdə 137 müəllim iştirak etmiş və onların əməkhaqqında müsbət dəyişikliklər qeydə alınlb. Bu nəticələrə əsasən, cari mərhələnin də müəllimlərin karyera inkişafına töhfə verməsi gözlənilir.

Prosesin 2025-ci ilin sonuna qədər ölkə üzrə bütün müəllimləri əhatə edəcəyi planlaşdırılır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Cəmiyyət 20:46
Gəncədə iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Cəmiyyət 19:26
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib
Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb
Cəmiyyət 19:25
Bakıdan Naxçıvana uçan təyyarə reysi təxirə salınıb
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Cəmiyyət 18:03
Lənkəranda avtomobil təmiri sexində partlayış olub
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Cəmiyyət 15:10
Güclü yağış yağacaq, temperatur kəskin enəcək - Xəbərdarlıq
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Cəmiyyət 15:00
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 14:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Cəmiyyət 13:30
Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Cəmiyyət 13:27
Xəzər rayonunda ikimərtəbəli ev yanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol