• $
  • £

“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb

“Abşeron” yatağından 2029-cu ilədək hasil ediləcək qazın həcmi açıqlanıb
25.06.2025 13:16

Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Abşeron” qaz yatağında hasilat 2028-ci ilin sonunadək illik 5 milyard kubmetrə çatacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "CNN Business Arabic"ə müsahibəsində bildirib.

2024-cü ildə “Abşeron” yatağından 0,6 milyon ton kondensat, 1,5 milyard kubmetr qaz hasil edilib. Bu ilin yanvar-aprel aylarında isə bu yataqdan 0,2 milyon ton kondensat və 0,5 milyard kubmetr təbii qaz çıxarıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov aprel ayında bildirib ki, 2023-cü ildə “Abşeron” yatağında hasilata başlanılıb və birinci mərhələdə 1,5 milyard kubmetr qaz çıxarılıb.

"Hazırda SOCAR, "Total" və ADNOC yatağın tam işlənməsi üzərində çalışırlar. 2025-ci ildə yekun investisiya qərarının (FID) qəbul ediləcəyi gözlənilir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Fransanın “TotalEnergies” və SOCAR 10 iyul 2023-cü ildə yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində qaz və kondensat hasilatına başlandığını elan ediblər. Hazırda yatağın işlənməsinin ikinci mərhələsi üzrə “Front End Engineering Design” (FEED) mərhələsinə start verilib. Bu mərhələdə hasil olunacaq qaz Azərbaycanın daxili bazarına yönəldiləcək.

2023-cü ilin avqustunda ADNOC, SOCAR və “TotalEnergies” ilə “Abşeron” yatağında 30 %-lik iştirak payının alınması barədə saziş imzalayıb.

Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km cənub-şərqdə yerləşən "Abşeron" yatağı “JOCAP - Absheron Petroleum” birgə əməliyyat şirkəti tərəfindən istismar olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində əldə edilib.

2023-cü ilin avqust ayında Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” ilə "Abşeron" yatağında ümumilikdə 30 % iştirak payının alınması haqqında saziş imzalayıb. “TotalEnergies” və SOCAR-ın hər birinin layihədə payı 35 % təşkil edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol