• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Jurnalist Fərid İsmayılovun yaxınları şikayət edib

Jurnalist Fərid İsmayılovun yaxınları şikayət edib
25.06.2025 16:40

"Toplum TV" işi üzrə həbs olunan jurnalist Fərid İsmayılovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında pis rəftara məruz qalıb. Bu barədə onun ailə üzvü məlumat verib. 

 "Fəridin qanında şəkərin artması ilə bağlı problem var. Dərmanları alıb təcridxanaya göndərmişik. Amma təcridxanada Fəridi sistemi köçürmək üçün heç tibi otağına belə aparmırlar, saxlandığı kameranın nəfəsliyindən qolunu çıxarır və bu şəkildə sistem köçürürlər", - ailə üzvü bildirib. 

Jurnalistin yaxınları qeyd edir ki, bu, gigiyenik deyil və başqa xəstəliklərə yol aça bilər.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən anews.az-ın sorğusuna cavab verilməyib.

Fərid İsmayılov bu ilin  yanvarında saxlanılıb, onun barəsində həbs qətimkan tədbiri seçilib. 
İsmayılova qarşı  Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri  ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

“Toplum TV işi üzrə” digər təqsirləndirilən şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev 2024-cü ilin mart ayında saxlanılıb.

Tatyana Kryuçkina
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol