• $
  • £

Serbiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Serbiyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb
25.06.2025 23:44

Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) dəstəyi və Belqrad Ali Prokurorluğunun tapşırığı ilə konstitusiya quruluşunun zorakılıqla devrilməsini hazırlamaqda şübhəli bilinən 6 nəfəri saxlayıb.Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 21-də saxlanılan şəxslər Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planını müzakirə ediblər.

Onlar odlu silahdan istifadə etməklə dövlət qurumlarının nümayəndələrinə hücum etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, hökumət binalarına, digər dövlət qurumlarına, habelə Serbiya Radio və Televiziyasının (RTS), Happy TV kanalının və İnformer portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Şübhəlilərdən birinin avtomobilinə baxış zamanı seriya nömrəsi silinmiş tapança, içərisində 7 ədəd patron olan maqazin və 25 ədəd əlavə patron olan qutu aşkar edilib.

Onun barəsində də qanunsuz silah və partlayıcı maddələrin saxlanması və daşınması ilə bağlı iş açılıb. Saxlanılan digər şəxsdən isə arbalet götürülüb.

Saxlanılan şəxslər barəsində 48 saata qədər həbs qətimkan tədbiri seçilib, bundan sonra onlar müvafiq maddələrlə prokurorluq orqanlarına aparılacaqlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
Dünya 23:58
Böyük Britaniya Səudiyyə Ərəbistanına HHM sistemləri göndərəcək
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Dünya 22:50
"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Dünya 22:00
Hakan Fidan Rustem Umerov ilə görüşüb
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Dünya 21:18
Hakan Fidan "HƏMAS"ın Siyasi Bürosunun üzvləri ilə görüşüb
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Dünya 20:22
Ukrayna İsraildən Timur Mindiçi tələb edir
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
Dünya 19:50
Britaniya Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Dünya 16:13
ABŞ İranın ali lideri Müctəba Xameneinin sağ olduğuna inanır
Sabah Paşinyan Putinlə görüşəcək
Dünya 14:54
Sabah Paşinyan Putinlə görüşəcək
62% respondent Trampın fəaliyyətini bəyənmir
Dünya 09:30
62% respondent Trampın fəaliyyətini bəyənmir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol