• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib

“Sputnik-Azərbaycan”da əməliyyat keçirilib- RƏSMİ/Yenilənib
30.06.2025 18:00

Azərbaycan Daxili İşlər Nazirliyi “Sputnik Azərbaycan” media qurumunun fəaliyyətinə dair araşdırmalara başlayıb. Bu barədə qurumdan bildirilib. 

Nazirliyin məlumatına görə, qurumun fəaliyyətinin qanunsuz maliyyələşmə əsasında davam etdiyinə dair əməliyyat məlumatı əsasında tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin məlumatına əsasən, iyunun 30-da “Rossiya Seqodnya” agentliyinin Bakıdakı filialının ofisində əməliyyat-axtarış tədbirləri keçirilib və saxlanılan şəxslər var.

Qeyd olunur ki, agentliyin akkreditasiyası 2025-ci ilin fevralında dayandırılsa da, fəaliyyətini davam etdirib. 

12:53

Azərbaycanın hüquq-mühafizə orqanları “Sputnik-Azərbaycan” informasiya agentliyinin Bakıdakı ofisində əməliyyat keçirir və ofisi nəzarətə götürüb.  Bu barədə Qafqazinfo məlumat yayıb. 

Məlumata görə, əməliyyat agentliyin fəaliyyətinin dayandırılmasına baxmayaraq, əməkdaşların işə çıxmağa davam etməsi ilə əlaqədardır.

Daxili İşlər Nazirliyindən faktı anews.az-a təsdiq ediblər. Bildiriliblər ki, detallar barəsində ətraflı məlumat veriləcək. 

Bu ilin əvvəlində Azərbaycan hökuməti “Sputnik-Azərbaycan”ın fəaliyyətini rəsmi olaraq dayandırmış, qurumun yerli yayım və informasiya resurslarına məhdudiyyət qoymuşdu. 

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:54
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol