• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Qohum evliliklərinə nəzarət sistem vasitəsilə yoxlanılacaq - Nazirlik

Qohum evliliklərinə nəzarət sistem vasitəsilə yoxlanılacaq - Nazirlik
30.06.2025 15:01

Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər arasında qan qohumluğu olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə yoxlanılacaq. Bu barədə Ədliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir. 

Yoxlamalar qeydiyyat şöbələri, konsulluqlar və ya yerli icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək.

2024-cü il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliklərlə Ailə Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan nikaha icazə verilməyən qohumlar dairəsi genişləndirilib.

Bioloji nənə və ya babası ortaq olan əmioğlu və əmiqızı, xalaoğlu və xalaqızı, dayıqızı və bibioğlu kimi yaxın qohumlar arasında nikah artıq qanunla qadağan edilir. Qadağa həmçinin əmi ilə qardaşı qızı və digər oxşar qohumluq əlaqələrini də əhatə edir.

Əgər sistemlə qohumluq əlaqələri müəyyən edilə bilməzsə, nikaha daxil olmaq istəyənlər və onların valideynlərinin doğum şəhadətnamələri təqdim edilməlidir. Əlavə sənədlər də tələb oluna bilər. Qohumluq sübut olunarsa, nikah qeydə alınmayacaq.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol