• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Yüksəkrütbəli rəsmilər sərhəd zonasında hərbçilərlə görüşdü, fərqlənənlər mükafatlandırıldı

Yüksəkrütbəli rəsmilər sərhəd zonasında hərbçilərlə görüşdü, fərqlənənlər mükafatlandırıldı
30.06.2025 15:00

Azərbaycan Respublikasının Baş prokurorunun müavini, Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev dövlət sərhədlərində xidmət edən hərbi qulluqçularla görüşüblər. Bu barədə Hərbi Prokurorluqdan bildirilib.

Hərbi Prokurorluğun məlumatına əsasən, müxtəlif hərbi hissələrdə keçirilən görüşlərə Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin rəhbər heyəti qatılıb. 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Baş Prokurorluğun rəhbərliyinin təbriki şəxsi heyətə çatdırılıb.

Rəsmi şəxslər çıxışlarında Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin hərbi sahədə əldə etdiyi nailiyyətlər və Silahlı Qüvvələrin inkişafı barədə fikirlər səsləndiriblər.

Görüş zamanı hərbi qulluqçular üçün hüquqi maarifləndirmə aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 Eyni zamanda, şəxsi heyətin xidmət və məişət şəraiti, qarşılaşdıqları çətinliklər dinlənilib.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol