• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır

Azərbaycan hökuməti çoxuşaqlı ailələrə dəstəyi artırır
01.07.2025 09:50

Azərbaycanda çoxuşaqlı ailələrdə hər uşağa görə verilən aylıq sosial müavinət iyulun 1-dən etibarən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırılıb. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında məlumat verib.

Artım, Prezidentin imzaladığı fərman əsasında qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, bu müavinət beş və daha çox uşaq dünyaya gətirib tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, uşaqlardan biri bir yaşına çatdıqdan sonra təyin edilir və 18 yaşına qədər ödənilir.

Vətəndaşlar müavinət üçün Dövlət Sosial Müdafiə Fondunun yerli strukturlarına, DOST mərkəzlərinə və ya müvafiq əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.

Müraciətlərə ən geci 10 gün ərzində baxılır, imtina hallarında isə səbəblər 5 gün ərzində bildirilməlidir.

Bayramov əlavə edib ki, geriyə dönük ödəniş imkanı da mövcuddur – vətəndaşlar müraciət etdiyi tarixdən əvvəlki 3 il üçün müavinət ala bilərlər.

Parlamentdə çoxuşaqlı ailə anlayışına yenidən baxılması və bu statusun beş yox, üç uşaqla müəyyən olunması təklifi də müzakirə mövzusudur.

Gülnar 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda zəlzələ oldu
Cəmiyyət 23:33
Yevlaxda zəlzələ oldu
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Cəmiyyət 22:18
Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Cəmiyyət 21:44
Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir
Dənizdə iki nəfər batıb
Cəmiyyət 21:03
Dənizdə iki nəfər batıb
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol