• $
  • £

Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb

Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
01.07.2025 12:48

Azərbaycan hökuməti və Dünya Bankı arasında 173,5 milyon ABŞ dolları dəyərində kredit sazişi imzalanıb. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

Saziş “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində həyata keçirilir.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştаlmaister kredit müqaviləsini, maliyyə naziri Sahil Babayev və Ştаlmaister isə zəmanət sazişini təsdiqləyib.

Kredit vəsaiti bərpa olunan enerji mənbələrindən alınan enerjinin milli enerji sisteminə təhlükəsiz inteqrasiyası üçün enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək.

Layihə çərçivəsində 341 km uzunluğunda 500 və 330 kV-luq elektrik verilişi xətləri inşa olunacaq və Nəvahi yarımstansiyası üçün avadanlıq alınacaq.

Kredit 5 illik güzəşt müddəti ilə 15 il ərzində geri qaytarılacaq.

Layihənin ümumi müddəti 4 ildir, Azərbaycan hökumətinin iştirak payı 31,2 milyon dollar təşkil edir və əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə sərf ediləcək.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol