• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb

Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanılıb
01.07.2025 12:57

Azərbaycan və azərbaycan əsilli şəxslərin Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi faktı üzrə cinayət işi açılıb. Bu barədə Baş Prokurorluqdan bildirilib. 

İyunun 27-də Yekaterinburq şəhərində Rusiya Milli Qvardiyası, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının birgə əməliyyatında saxlanılan azərbaycanlılara işgəncə verilməsi və iki nəfərin amansızlıqla qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.

İlkin istintaqda müəyyən edilib ki, əməliyyat zamanı saxlanılan şəxslərə müxtəlif mərhələlərdə, o cümlədən saxlanma, daşınma və inzibati binalarda bərk küt əşyalarla çoxsaylı zərbələr vurulub. Nəticədə 1966-cı il təvəllüdlü Hüseyn Səfərov və onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərdən vəfat ediblər.

Baş Prokurorluğun istintaq idarəsi tərəfindən aparılan ibtidai istintaq zamanı saxlanılan digər şəxslərin də işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri aldığı və hazırda Rusiya tibb müəssisələrində müalicə aldığı müəyyən olunub.

Cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə açılıb və istintaq qrupu yaradılıb. Beynəlxalq hüquq çərçivəsində müvafiq dövlətlərə hüquqi yardım sorğuları göndərilərək, məsul şəxslərin müəyyən olunub cəzalandırılması üçün əməkdaşlıq təmin ediləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol