• $
  • £

İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi

İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
02.07.2025 11:25

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Dr. Asad Majeed Khan bildirib ki, təşkilat regiondaxili ticarət və sərmayə sahəsində potensialından xeyli aşağı səviyyədə istifadə edir və bu vəziyyətin dəyişməsi üçün üzv dövlətlərin siyasi iradə və birgə təşəbbüsləri vacibdir.

Altıncı ECO Biznes Forumunda çıxış edən Khan, ECO ölkələrinin 2024-cü ildə qlobal ticarətdəki payının 4,4% (1,7 trilyon dollar), regiondaxili ticarətin isə cəmi 8,8% (100 milyard dollar) təşkil etdiyini bildirib. 

“Bu rəqəmlər bizim real imkanlarımızdan çox aşağıdır,” – o vurğulayıb.

O, ECO Ticarət Sazişinin (ECOTA) yenilənməsi prosesinə yeni impuls verildiyini və bu sənədin regiondaxili ticarətin lokallaşması və sərhədlərarası biznesin inkişafı üçün “onurğa sütununa” çevrilə biləcəyini deyib. 

Khan, xüsusilə ECOTA-nın imzacı ölkələri – Əfqanıstan, İran, Pakistan, Tacikistan və Türkiyəni prosesdə liderliyə çağırıb.

Baş katib, iyunun sonunda İstanbulda keçirilməsi planlaşdırılan və 14 ildən sonra ilk dəfə təşkil ediləcək nazirlər görüşünün təhlükəsizlik səbəbindən təxirə salındığını xatırladaraq, tədbirin yaxın vaxtda yenidən planlaşdırılacağını deyib.

Khan həmçinin bildirib ki, iyunun 25-dən etibarən ECO ölkələri arasında birgə ticarət təşviqi fəaliyyətləri üzrə anlaşma memorandumu imzalanmağa hazırdır. 

O, üzv ölkələri 2025 və 2026-cı illər üçün konkret təşəbbüslər təqdim etməyə çağırıb və regionda ticarət yarmarkalarının və şəbəkələşmə tədbirlərinin çatışmazlığını təşkilat üçün ciddi problem kimi dəyərləndirib.

“60 illik tarixə malik bir təşkilatın cəmi iki expo və üç sərgi keçirməsi qəbuledilməzdir,” –  Khan bildirib və ECO sədrliyi həyata keçirən ölkələri hər il ən azı bir regional tədbir təşkil etməyə dəvət edib.

Baş katib əlavə edib ki, gömrük sahəsində inzibati əməkdaşlıq haqqında ECO sazişi də imzalanmağa açıqdır. Bu sənəd üzv dövlətlər arasında hüquqi və texniki əməkdaşlığın dərinləşdirilməsinə xidmət edəcək.

Khan regionda ticarətin genişlənməsinə əsas maneə kimi “sanksiyalarla yüklü mühitdə təhlükəsiz və effektiv maliyyə mexanizmlərinin olmamasını” göstərib və biznes dairələrini milli hökumətlərlə birgə praktiki həll yolları hazırlamağa çağırıb.

O, ECO Ticarət və İnkişaf Bankının roluna diqqət çəkərək, bankın daha fəal və maliyyə resursları ilə təmin olunmuş şəkildə fəaliyyət göstərməsinin regional ticarət gündəliyinin uğuru üçün həlledici olduğunu deyib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol