• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

Son altı ayda havada toz dumanında artım nə qədər olub?

Son altı ayda havada toz dumanında artım nə qədər olub?
02.07.2025 16:05

2025-ci ilin ilk yarısında Azərbaycanda atmosfer havasındakı dispers toz hissəciklərinin konsentrasiyası ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən azalıb. Bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva anews.az-ın sorğusuna cavab olaraq bildirib. 

Onun sözlərinə görə, hava keyfiyyətinə nəzarət Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyaları, mobil laboratoriyalar və portativ cihazlar vasitəsilə aparılır.

“2024-cü ilin yanvar-iyun aylarında dispers tozun orta aylıq konsentrasiyası norma daxilində olsa da, bəzi günlərdə göstəricilər normanı 1.1–3.1 dəfə keçib. 2025-ci ilin eyni dövründə isə bu rəqəmlər 1.1–2.4 dəfə arasında dəyişib,” – Allahverdiyeva bildirib.

Mühəndis qeyd edib ki, ölkədə havanın tozla çirklənməsi əsasən transsərhəd xarakter daşıyır.

Toz hissəcikləri əsasən Xəzər dənizi üzərindən gələn şərq və cənub-şərq küləkləri vasitəsilə əraziyə daxil olur.

Eyni zamanda, şimal və şimal-qərb küləkləri ilə yerin üst səthindəki tozun ətraf ərazilərə yayılması da bu hallara səbəb olur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Qəhrəmanın anası vəfat edib
Cəmiyyət 19:26
Milli Qəhrəmanın anası vəfat edib
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol