• $
  • £

Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib

Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
03.07.2025 10:34

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat təşkil edib ki, bu da altı aylıq proqnozu 704,8 milyon manat və ya 3,7% üstələyib. Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. 

Gəlirlərin əsas hissəsi — 8,7 milyard manat — Dövlət Vergi Xidmətinin xətti ilə daxil olub və bu, proqnozdan 5,7% artıqdır. Gömrük rüsumlarından daxilolmalar isə 3,09 milyard manat olub ki, bu da planla müqayisədə cüzi – 0,1% artım deməkdir.

Əmlak Məsələləri Dövlət Xidməti üzrə gəlirlər 21,9 milyon manat təşkil edərək proqnozu 30,3% üstələyib. Dövlət Neft Fondundan transfert tam – 7,24 milyard manat səviyyəsində icra olunub. Sair gəlirlər üzrə isə proqnozdan 3,6 dəfə artıq – 434,6 milyon manat daxilolma qeydə alınıb.

Bununla yanaşı, dövlət müəssisələrinin ödənişli xidmətlərindən daxilolmalar gözləniləndən 21,4% az – 312,1 milyon manat təşkil edib.

Altı ay üzrə büdcə xərcləri isə 17,1 milyard manat səviyyəsində yerinə yetirilib ki, bu da proqnozun 99%-i deməkdir.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol