• $ 1.7
  • € 1.9961
  • ₽ 0.021425
  • ₺ 0.0419
  • £ 2.2937

32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah

32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri pozulmayıb - Cərrah
04.07.2025 17:52

Beyin cərrahı Pərvin Mirzəliyev 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələblərinin pozulmadığını deyib.

Bu barədə cərrah sosial şəbəkə  hesabında "beynəlxalq tibbi protokollara əsasən ağır əməliyyat 12 saatdan artıq olmamalıdır" iradlarına münasibət bildirərkən vurğulayıb ki, həmin əməliyyatda ölüm riski çox yüksək olub.

Onun sözlərinə görə, əməliyyata alınan 51 yaşlı sağ tərəfdə qanamış damar yumağı ilə “əməliyyat olunmazlar” siyahısına daxil olan pasiyent idi:

"Lakin ağır qanama səbəbindən vəziyyəti anidən pisləşdiyinə görə məcbur əməliyyat etməli olduq. Pasiyentin bütün ailə üzvləri həm rəsmi, həm də qeyri-rəsmi şəkildə bu barədə detallı məlumatlandırılıb".

Mirzəliyev əməliyyatı üç cərrahla birgə reallaşdırdığını qeyd edib.

"Əməliyyatın aparıcı cərrahı mən olsam da, prosesdə tək deyildim. Əməliyyatda 4 cərrah idik və proses 32 saatdan çox çəkib. Hər dörd-beş saatdan bir cərrahlar növbəli şəkildə yer dəyişib. Yəni, həmin əməliyyatı fasiləsiz mən etməmişəm".

O, həmçinin əməliyyatın uzun çəkməsinin səbəbini də açıqlayıb.

"Əməliyyat zamanı qanaxma olub və pasiyentə 10-dan artıq qan köçürülüb. Hətta əməliyyat sırasında anestezioloqlar pasiyentin təzyiqinin normallaşması üçün fasilə edilməsini deyib. Bu kimi əməliyyatlar elə bil prosesdir ki, qanama riski çox yüksəkdir və heç bir halda əməliyyatı yarımçıq qoymaq mümkün deyil. Ona görə burada saatın heç bir önəmi yoxdur. Əsas nəticədir",- həkim qeyd edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Cəmiyyət 15:34
Azərbaycanın əməkdar məşqçisi vəfat edib
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Cəmiyyət 14:46
Olimpiya Stadionunda keçiriləcək konsertə görə bəzi yollar bağlandı
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 14:23
Çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb
Təbriz-Bakı aviareysi açılıb
Cəmiyyət 13:43
Təbriz-Bakı aviareysi açılıb
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Cəmiyyət 13:21
Tovuzda iki ay əvvəl baltalanan qadın xəstəxanada ölüb
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:09
Sabahın havası açıqlanıb
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Cəmiyyət 11:38
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Cəmiyyət 11:00
Bakıda içməli su çatışmazlığı davam edir, sakinlər narazıdır
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Cəmiyyət 10:40
Goranboyda piyada yol qəzasında xəsarət alıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol