• $
  • £

Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək

Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
07.07.2025 12:20

Milli Məclisdə “Dövlət borcu haqqında” Qanuna təklif olunan dəyişikliklər ikinci oxunuşda müzakirə edilərək qəbul edilib. Dəyişikliklərə əsasən, dövlət büdcəsindən verilən, lakin geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək. Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında məlumat verib.

Dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasına, yerli büdcələrə, publik hüquqi şəxslərə və digər dövlət qurumlarına ayrılan və vaxtında qaytarılmayan ssudaların ödənilməsi dövlət zəmanəti ilə bağlı Təminat Fondu tərəfindən həyata keçiriləcək.

Bayramov qeyd edib ki, mövcud təcrübədə ssudaların geri qaytarılmasında problemlər müşahidə olunur. Yeni mexanizm Təminat Fondunun funksiyalarını genişləndirərək, bu hallarda dövlət maliyyə sisteminə əlavə dayanıqlıq qazandıracaq.

Qanunvericiliyə görə, ssuda dövlət tərəfindən müəyyən müddətə və qaydada verilən borc vəsaitidir və büdcə ili ərzində geri qaytarılmalıdır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol